Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:22

Müşviq Mədətovun şikayəti Avropa İnsan Hüquqları Məhkəməsində icraata götürülüb



Keçmiş polis rəisi Müşviq Mədətovun şikayəti Avropa İnsan Hüquqları Məhkəməsində icraata götürülüb. Bu barədə «Azadlıq» radiosuna vəkil İsaxan Aşurov məlumat verib. O, deyir ki, Müşviq Mədətov həm işgəncədən, həm qanunsuz cəzaçəkmədən və həm də ədalətsiz mühakimədən şikayət edir.


Keçmiş polis rəisi iki dəfə həbs edilib. Birinci dəfə o, vəzifə cinayətlərində, ikinci dəfə isə saxlandığı həbsxanda zorlamada ittiham edilib.


2005-ci il oktyabrın 7-də məhkəmə Müşviq Mədətova 13 il həbs cəzası verib.


XS
SM
MD
LG