Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:16

«Quş qripi» insandan insana da ötürülə bilər


2003-cü ildən «quş qripi»ndən 200-dək adam vəfat edib
2003-cü ildən «quş qripi»ndən 200-dək adam vəfat edib

ABŞ-dakı Fred Atkinson adına Xərçəng Xəstəliklərinin Öyrənilməsi Mərkəzinin alimləri «quş qripi» virusunun (H5N1) yaxın qohumlar arasında insandan insana ötürülməsinin təsdiqini tapıblar.


Elizabet Halloran və onun həmkarları 2006-cı ildə İndoneziyada virusdan bir ailənin yeddi üzvünün ölməsi faktını araşdırıblar.


Alimlər statistik məlumatlar (yoluxmanın vaxtı, ştammın inkubasiya dövrü və s.) əsasında onların evində virusun yayılmasının modelini yaradıblar. Bu modelə əsasən, yoluxma zənciri ev quşları ilə təmas zamanı xəstələnmiş 37 yaşlı qadından başlayıb. O, virusu 10 yaşlı bacısı oğluna, o isə atasına ötürüb. Nəticədə xəstələnən 8 adamdan yalnız biri sağ qalıb.


Tədqiqatçıların qənaətincə, qohumlar arasında «quş qripi»nin yayılmasının mümkünlüyü genetik materialın eyniliyi ilə əlaqədardır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG