Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:46

İranda siyasi məhbusların ailə üzvləri də həbs edilir


İran zindanlarında siyasi məhbuslara ifadə almaq üçün işgəncələr verilir
İran zindanlarında siyasi məhbuslara ifadə almaq üçün işgəncələr verilir

Beynəlxalq insan haqları təşkilatlarının etirazlarına baxmayaraq İranda siyasi məhbuslar və onların ailələrinə qarşı təzyiqlərin artdığı xəbər verilir. Bu arada azərbaycanlı siyasi məhbusların ailə üzvlərindən bir neçəsi də həbsə alınıb.


Beynəlxalq «Amnesty International» təşkilatının vicdan məhbusu elan etdiyi Səid Mətinpurun qardaşı Əlirza Mətinpur və üç aydır harada saxlandığı bəlli olmayan Bəhruz Səfərinin həyat yoldaşı Leyla Səfəri (Heydəri) avqustun 27-də Zəncan şəhərinin ETTELAAT məmurları tərəfindən həbs ediliblər.


Bu həbslərin səbəbi və tutulanların harada saxlandığı aydın deyil. Lakin, avqustun 29-da «Amerikanın Səsi» radiosuna müsahibə verən Azərbaycan Məhbuslarını Müdafiə Komitəsinin sözçüsü Əlirza Cavanbəxt sözlərinə görə, ailə üzvlərinin həbsi məhbuslardan etiraflar alınması üçün təzyiq üsulu olaraq istifadə oluna bilər.


Əlirza Mətinpur bu il fevralın 21-də «Beynəlxalq Ana dili Günü» tədbirləri ilə bağlı qardaşı Səid Mətinpurla birlikdə həbs olunmuş, 10 gün həbsdə saxlandıqdan sonra vəsiqə zəmanəti ilə azadlığa buraxılmışdı. Leyla Heydərinin də əvvəllər bir neçə günlük həbsi olduğu bildirilir.


Səid Mətinpur mayın 25-də həbs olunandan bəri ailəsi və vəkili ilə heç bir təmas imkanı verilmədən, ittiham irəli sürülmədən həbsdə saxlanılır. Həm Beynəlxalq «Amnesty International» təşkilatı həm də Britaniyada fəaliyyət göstərən «Frontline» Hüquq Müdafiəçiləri Birliyi cənab Mətinpurun Tehranın Evin zindanının siyasi məhbuslara aid olan 209-cu bölümündə saxlanıldığı xəbər verir. Hər iki təşkilat onun televiziya «etiraflarına» məcbur edilmək üçün işgəncələrə məruz qaldığını bildirir.


Alınan başqa məlumata görə, İranda azərbaycanlı məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan qruplar, jurnalistlər və ziyalılar İran zindanlarında azərbaycanlı fəallara verilən işgəncələrə qarşı beynəlxalq ictimaiyyətin etirazını səfərbər etmək üçün «İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsi» adlı yeni bir fövqəladə komitə yaratmaq barədə qərar qəbul ediblər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG