Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:48

«Pul uğrunda mübarizə hamının gözünü bağlayıb»


Yeni binaların keyfiyyətinə, orada məskunlaşan insanların təhlükəsizliyinə zəmanət yoxdur
Yeni binaların keyfiyyətinə, orada məskunlaşan insanların təhlükəsizliyinə zəmanət yoxdur

«Ölkənin gəlirləri artdıqca müxtəlif sahələrdə fəaliyyət göstərən ekspertlərin narazılığı, narahatlığı da artır. Lakin hökumət hətta bir-birinin ardından faciələr baş verdikdən sonra da bu narahatçılığı nəzərə almır, iradları qəbul etmir»- «Yeni Müsavat» 30 avqust tarixli sayında belə yazır.


Qəzet yazır ki, bina uçdu, bəs yerdə qalanların taleyi necə olacaq? Əməkdar arxitektor, dünya şöhrətli mütəxəssis Emil Axundov deyir ki, Bakıda inşa edilən 700-dən artıq hündür mərtəbəli binanın ancaq 7-sində, ya da 8-də ürək edib mənzil alar. Digərlərinin keyfiyyətinə, orada məskunlaşan insanların təhlükəsizliyinə inam və zəmanət yoxdur.


Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, tikintidə fəhlə işləyənlərin hamısı müdafiəsiz insanlardır, onlarla heç bir əmək müqaviləsi bağlanmır, hüquqları pozulur: «Hətta ölüm hadisələri baş verəndən sonra da ailələr var ki, başsız, çörəkpulsuz qalırlar, onlara heç bir kompensasiya verilmir».


«Üç nöqtə» yazır ki, insan alveri ilə məşğul olan 4 mütəşəkkil dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, bu ilin birinci rübü ərzində Azərbaycanda insan alveri üzrə 75 cinayət faktı aşkar edilib. Bu cinayətləri törətdiklərinə görə 79 şəxs məsuliyyətə cəlb edilib, habelə insan alverinin qurbanı olan 20 nəfər müəyyənləşdirilib.


BMT-nin rəsmi məlumatına əsasən, hər il dünyada insan alverindən 9-12 milyard dollar gəlir əldə olunur. Bu isə dünyada silah və narkotika alverindən sonra üçüncü ən gəlirli sahədir.


Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov «Ekspress» qəzetinə müsahibəsində «Təhsil haqqında» qanunun qəbulu asan məsələ olmadığını deyib.


Rektorun fikrincə, «Təhsil haqqında» qanunda çox prinsiplər öz əksini tapmalıdır. «Hər bir qanun yazılarkən əvvəl onun strategiyası qurulur. İndiki halda qanunun ancaq strategiyasından danışmaq olar. Düşünmək lazımdır ki, bu strategiyada Azərbaycanın orta və ali təhsil sistemi yeni sistemdə inkişaf etsin. Milli Məclisin hər çağırışında «Təhsil haqqında» qanunun qəbul olunması üçün geniş müzakirələr gedir. Qanunun qəbulu o qədər asan məsələ deyil».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG