Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:22

Azad olunan cənubi koreyalı girovların sayı 12-yə çatıb


Taliblər 12 cənubi koreyalı girovu buraxıblar. Onların hamısını Beynəlxalq Qırmızı Xaçın nümayəndələrinə təhvil veriblər. Amma 7 əsir hələ də girovluqda qalır.


Taliblər bütün girovları azad etməyə hazır olduqlarını avqustun 28-də elan ediblər. Onlar bunun müqabilində ilin sonuna qədər Koreya qoşunlarının Əfqanıstandan çıxarılmasını və Cənubi Koreyadan olan missionerlərin bir daha ölkəyə gəlməyəcəklərinə dair zəmanət tələb ediblər.


Cənubi Koreya hökuməti qoşunların bu müddətə çıxarılacağını təsdiqləyib. Cənubi Koreya kilsələri Əfqanıstanda missioner fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər.


XS
SM
MD
LG