Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21

Jurnalistin qatilləri Latviyada da oxşar cinayətlər törədiblər?


Anna Politkovskaya 2006-cı ilin oktyabrında yaşadığı evin girişində qətlə yetirilib

Anna Politkovskaya 2006-cı ilin oktyabrında yaşadığı evin girişində qətlə yetirilib

Moskvanın Basman Məhkəməsi Anna Politkovskayanın qətlində şübhəli bilinən 10 nəfərin həbsinə sanksiya verib.

Həbs olunanlar arasında Moskva Şəhər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş əməliyyatçısı Sergey Xacikurbanov da var. Saxlananların adlarını Moskva Şəhər Məhkəməsinin nümayəndəsi Anna Usaçeva açıqlayıb.


Avqustun 27-də Rusiyanın Baş prokuroru Yuri Çayka saxlananlar haqda məlumat verib. O, deyib ki, şübhəlilər arasında güc strukturlarının keçmiş beş əməkdaşı və Çeçenistandan olan cinayətkar qruplaşmanın lideri də var. Çaykanın dediyinə görə, qətlin sifarişçisi artıq bəllidir, o, xaricdə yaşayır.


Anna Politkovskayanın qətlində şübhəli bilinənlərin Latviyada iki açılmamış sifarişli qətllərdə də əli ola bilər. Bunu isə Latviyanın Daxili İşlər naziri İvar Qodmanis deyib.


Nazir söhbətin məhz hansı cinayətlərdən getdiyini bildirməyib, Yalnız hazırda rusiyalı həmkarlarla birgə iş aparıldığını söyləyib.


Bununla belə, qeyri-rəsmi mənbələrə əsasən, söhbət çox ehtimal ki, latviyalı biznesmenlər İlya Kukli və Konstantin Stesyukun qətlindən gedir. Kukli 2006-cı il avqustun 23-də, Stesyuk isə 2007-ci il yanvarın 19-da qətlə yetirilib. İstintaqın qənaətinə görə, hər iki qətl sifarişli olub və peşəkarlar tərəfindən həyata keçirilib.


«Novaya qazeta»nın şərhçisi Anna Politkovskaya 2006-cı ilin oktyabrında yaşadığı evin girişində qətlə yetirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG