Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:27

Qarabağ əlili Prezident Aparatı qarşısında aksiya keçirmək istəyib


Polis Məğrur Bədəlovu ərazidən uzaqlaşdırsa da, o, aksiyasını davam etdirəcəyini bildirib

Polis Məğrur Bədəlovu ərazidən uzaqlaşdırsa da, o, aksiyasını davam etdirəcəyini bildirib

Avqustun 29-da Qarabağ əlili Məğrur Bədəlov Prezident Aparatı qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. O, plakat açaraq Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevdən ondan zorla beş min dollar istəyənlərə qarşı tədbirlər görülməsini tələb edib.


Qarabağ əlilinin iddialarına görə, bu il mayın 28-də onun oğlu avtomobili ilə piyadaya toxunub, bununla belə, zərər çəkmiş ciddi xəsarət almayıb və xəstəxanaya çatdırılıb. Zərər çəkmişin heç bir iddiası yoxdur, lakin müstəntiqlər işə xitam verilməsi üçün Bədəlovdan beş min dollar rüşvət tələb edirlər. Polis Məğrur Bədəlovu ərazidən uzaqlaşdırsa da, o, başqa yerdə aksiyasını davam etdirəcəyini bildirib.


Hadisə yerində olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşları Qəmbər Qəmbərov və Etimad Budaqov Prezident Aparatının mühafizəçiləri tərəfindən saxlanılıblar. Bu, jurnalistlər Məğrur Bədəlovun etiraz aksiyasının foto çəkilişini apararkən baş verib


RATİ-nin rəhbəri Emil Hüseynli «Azadlıq» radiosuna bildirib ki, jurnalistlər Prezidentin İcra Aparatının təhlükəsizlik idarəsində 2 saat saxlandıqdan sonra sərbəst buraxılıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG