Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:11

Bir jurnalistə və üç qəzetə yardım edilib


Söz Azadlığını və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu (SAJMYF) avqust ayında edilən müraciətlərə əsasən, 1 jurnalistə və 3 media qurumuna bütünlükdə 850 ABŞ dolları həcmində yardım ayırıb. SAJMYF-dan «Azadlıq» radiosuna verilən xəbərə görə, peşə borcunu yerinə yetirərkən xəsarət almış «Ayna-Zerkalo» qəzetinin müxbiri İdrak Abbasovun müalicəsi üçün 200, «Proqnoz» qəzetinin vəkillə təmin olunması üçün 300, Sumqayıtda dərc olunan «Yüksəliş naminə» qəzetinin məhkəmə çəkişməsində müdafiəsinin təmin olunması üçün 150, «Nota Bene» qəzetinə hüquqi yardım üçün isə 200 dollar ayrılıb.


SAJMYF bu ilin mayında Açıq Cəmiyyət İnstitutu- Yardım Fondunun dəstəyilə yaradılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG