Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:53

Azərbaycan Cənubi Amerika və Afrikada da səfirliklər açacaq


Hazırda paytaxt Bakıda 35 diplomatik nümayəndəlik fəaliyyət göstərir

Hazırda paytaxt Bakıda 35 diplomatik nümayəndəlik fəaliyyət göstərir

Hazırda Azərbaycanın 700-dən çox diplomatı var, onların yarıdan çoxu xaricidə çalışır. Ümumilikdə, 53 ölkədə Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Məlumatı Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadə verib.


Onun sözlərinə görə, ilin sonuna kimi Hollandiya və Qətərdə səfirliklər açılacaq. Eyni zamanda Litva, Qırğızıstan və Çexiyada səfirliklərin formalaşdırılması prosesi başa çatdırılacaq.


Pərvin Mirzəzadə deyir ki, azərbaycanlıların kompakt halda yaşadığı Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın konsulluğu yaradılacaq.


Yaxın gələcəkdə Cənubi Amerika və Afrikada yeni səfirliklərin açılması da planlaşdırılır. Bir çox ölkələr-İspaniya, Belçika, Qətər Azərbaycanda səfirliklərinin açmaq niyyətlərini bildiriblər.


Hazırda Bakıda 35 diplomatik nümayəndəlik fəaliyyət göstərir.


Günün bütün mövzuları

XS
SM
MD
LG