Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01

Gül Avropa Birliyi ilə yaxınlaşma siyasətini davam etdirəcək


Dünyəvi dövlət tərəfdarları Gülün namizədliyinə qarşı çıxıblar

Dünyəvi dövlət tərəfdarları Gülün namizədliyinə qarşı çıxıblar

Türkiyənin yeni prezidenti Abdulla Gül dünyəvi dövlət modelini dəstəkləyəcəyini bəyan edib.


Seçiciləri qarşısında çıxışı zamanı Türkiyənin 11-ci prezidenti deyib ki, demokratik dəyərləri qoruyacaq və Avropa Birliyi ilə yaxınlaşma kursunu davam etdirəcək.


Hakim mötədil islamçı Ədalət və İnkişaf Partiyasının yeganə namizədi, xarici işlər naziri Abdulla Gül parlamentdə səsvermənin üçüncü turunun nəticələrinə əsasən qələbə çalıb.


Dünyəvi modelli müxalif partiyalar səsverməni boykot ediblər.


Cümhuriyyət Xalq Partiyasının üzvü Fyusun Ayraklı deyib: «Bundan sonra bütün hakimiyyət islam yönümlü Ədalət və İnkişaf Partiyasının əlində cəmləşib. Dünyəvi respublikanın dini dövlətə çevrilməsi təhlükəsi var. Prezidentin qanun layihələrini rədd etmək hüquq var, əsas dövlət postlarına təyinatlara nəzarət edir, ali baş komandandır».


Gülün namizədliyinə qarşı Türkiyədə nüfuzlu hərbçilər də qarşı çıxırdılar, onlar dünyəvi quruluşa təhlükə olduğunu bəyan ediblər.


Bundan qabaq Gül parlamentdə lazımi səs toplaya bilməyib və erkən parlament seçkilərindən sonra yenidən prezidentliyə namizədliyini irəli sürüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG