Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:31

«Qatar və təyyarə biletləri bahalaşacaq»


«Ölkədaxili sərnişindaşımada qatar və aviabiletlərin kəskin bahalaşacağı gözlənilir»

«Ölkədaxili sərnişindaşımada qatar və aviabiletlərin kəskin bahalaşacağı gözlənilir»

«Yeni Müsavat» yazır ki, ölkədaxili sərnişindaşımada qatar və aviabiletlərin kəskin bahalaşacağı gözlənilir. Bu barədə qəzetə məlumat verən mənbənin sözlərinə görə, son günlər adıçəkilən sahələrdə yaranmış gərginlik də məhz bununla bağlıdır. Mənbə bildirir ki, rayonlardan Bakıya, yaxud da əksinə gedən qatarlara hətta bir neçə gün əvvəldən də müraciət etdikdə bilet tapmaq çətin olur. Lakin buna baxmayaraq, hərəkət vaxtı qatarlarda, daha çox da kupelərdə yerlərin boş olduğu müşahidə edilir.


«Dövlət Dəmiryolu İdarəsi hələ ilin əvvəlindən Tarif Şurasına qiymətlərin artırılması ilə bağlı müraciət edib. Həmin vaxtlar idarə rəsmiləri yanacaq və enerjidaşıyıcılarının qiymətinin artması nəticəsində dəmir yolu nəqliyyatında daşımaların 25 faiz bahalaşdığını açıqlamışdılar. Hava nəqliyyatında bahalaşmaya gəlincə, qeyd etmək yerinə düşər ki, bir müddət öncə «AZAL» Dövlət Konserni bir sıra xarici reyslərin qiymətini artırıb. Bu baxımdan daxili reyslərdə də bahalaşmanın olacağı gözləniləndir».


«525» Mərkəzi Seçki Komissyasının sədri məzahir Pənahova istinədən yazır ki, Azərbaycanda prezident seçkisi kampaniyasına 2008-ci ilin iyununda start veriləcək.


«Azərbaycan növbəti prezident seçkiləri kampaniyasına oktyabrın 15-nə 120 gün qalmış - 2008-ci ilin iyununda start veriləcək». Onun sözlərinə görə, seçkilərə start verildikdən sonra bu proses üçün sərf olunacaq maliyyə vəsaitinin məbləği müəyyənləşəcək və dövlət büdcəsindən pul ayrılacaq. MSK sədri seçkiyə nə qədər vəsaitin sərf olunacağının indidən söylənməsinin mümkün olmadığını söyləyib. Məzahir Pənahov beynəlxalq müşahidə missiyalarının da Azərbaycana məhz seçkiyə start veriləndən sonra gələcəklərini qeyd edib. Parlament və bələdiyyələrdə boş qalmış yerlərə seçkilərin nə zaman keçiriləcəyini gəldikdə M.Pənahov bildirib ki, onlar bu ilin sonunda bələdiyyələr üçün təkrar seçkilər keçirməyi nəzərdə tutublar.


Əgər Azərbaycan AES tikmək istəyirsə, bu ölkəyə 3 mlrd. dollara başa gələ bilər. «Ekspress» yazır ki, Rusiyanın ATON investisiya şirkətinin elektroenergetika sahəsi üzrə analitiki Dmitriy Skryabinin bildirdiyinə görə, Azərbaycanda atom elektrik stansiyasının (AES) tikintisi 2-3 mlrd. dollara başa gələ bilər. «Dəyər birbaşa olaraq AES-in gücündən asılı olacaq. Stansiya enerjinin bir kilovatına görə 2000-3000 dollara başa gələ bilər» - deyə o bildirib.


Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun verdiyi məlumata görə, Azərbaycanda nüvə reaktorunun tikintisi ilə bağlı razılıq əldə olunub.


«Mart ayında Azərbaycan hökumətinə AES-in tikintisi ilə bağlı təkliflər paketi təqdim olunub. Stansiyanın gücü 1500 mVt təşkil edə bilər. AES-in tikintisi məqsədilə Nəvai qəsəbəsində (Bakıya yaxın) ərazi təklif olunub. Bu ərazidə stansiyanın tikintisi hələ Sovet dövründən planlaşdırılıb».


Günün bütün mövzuları

XS
SM
MD
LG