Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Zirzəmidən zəng edib, on nəfərin sağ olduğunu deyiblər


İndiyədək uçqunlar altından iki nəfərin cəsədi, iki nəfər isə yaralı çıxarılıb

İndiyədək uçqunlar altından iki nəfərin cəsədi, iki nəfər isə yaralı çıxarılıb

Bakı şəhər prokuroru Əziz Seyidov «Azadlıq» radiosuna bildirib ki, indiyədək uçqunlar altından iki nəfərin cəsədi, iki nəfər isə yaralı çıxarılıb.

Prokurorun dediyinə görə, uçqunlar altından, zirzəmidən mobil telefonla zəng edərək, on nəfərin orada sağ olduğunu bildiriblər. Hələlik binanın qalıqları altında neçə nəfərin qaldığı dəqiqləşməyib.

Avqustun 28—i axşam saatlarında Yasamal rayonunda təzə tikilən binanın çökməsi ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.1 (tikintidə təhlükəsizlik qaydalarının pozulması) və 222-1 (tikinti qaydalarının pozulması) maddələri ilə cinayət işi açılıb.


Tikintini aparan «Mütəfəkkir» şirkətinin rəhbəri də daxil olmaqla iki vəzifəli şəxsi saxlanıb.


«Mütəfəkkir» şirkətinin rəhbəri Əli Muradov «Azadlıq» radiosuna bildirmişdi ki, binanı onunla münaqişədə olan şəxslər partladıblar.


Əziz Seyidov isə Əli Muradovun uçqunun partlayış nəticəsində baş verməsi barədə dediklərinin ilkin istintaqda təsdiq olunmadığını söyləyib.


İstintaq ilkin olaraq müəyyən edib ki, tikinti 2002-ci ildə başlayıb, bina 15 mərtəbəli olmalı imiş. Nə tikintini aparan şirkət dövlət qeydiyyatına alınıb, nə də bu tikintiyə icazə verilib.


Avqustun 28-də Bakının Yasamal rayonundakı Məhəmməd Naxçıvani küçəsi -14-də təzə tikilən bina tamamilə çöküb.


Binanın qalıqları arasında xilasetmə işləri davam etdirilir.



















Günün bütün mövzuları

XS
SM
MD
LG