Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:28

Taliblər girovları buraxmağa hazırdırlar


Taliblər ay yarımdır ki, saxladıqları 19 cənubi koreyalı girovu azad etməyə hazırdırlar.

Məlumatı Cənubi Koreya prezidentinin dəftərxanası yayıb. Bundan qabaq Əfqanıstanın Qazni əyalətində taliblərlə Cənubi Koreya nümayəndələri arasında danışıqların növbəti raundu keçirilib.


Taliblər girovların buraxılması müqabilində Koreya qoşunlarının bu ilin axırına qədər Əfqanıstandan çıxarılmasını və Cənubi Koreyadan olan missionerlərin ölkəyə bundan sonra gəlməyəcəkləri haqda zəmanət tələb ediblər.


Bundan əvvəl taliblər həbsxanalardan öz tərəfdarlarının buraxılmasını istəyirdilər. Əfqanıstan hökuməti bu tələbi rədd edirdi.


XS
SM
MD
LG