Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:03

Azərbaycanla Qətər arasında beş sənəd imzalanıb


Avqustun 28-də Prezident Sarayında Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ilə Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş keçirilib.

«Media forum» saytının məlumatına görə, görüş başa çatandan sonra iki dövlət arasında ayrı-ayrı sahələri əks etdirən beş sənəd imzalanıb: Ticarət palataları arasında müştərək biznes şurasının yaradılması haqqında saziş; Ticarət sənaye palataları arasında anlaşma memorandumu; Hökumətlərarası hava daşınmaları haqqında saziş; Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş; İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş.


İlham Əliyev və Şeyx Həməd bin Xəlifə Al Tani imzalanma mərasimində iştirak ediblər.


Avqustun 28-dən Qətər əmiri geniş tərkibli nümayəndə heyəti ilə Bakıda rəsmi səfərdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG