Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:59

İranda türk əsilli 2000 şəxs siyasi ittihamlarla həbs edilib


Əjdər Tağızadənin sözlərinə görə, son aylar İranda siyasi təzyiqlər güclənib
Əjdər Tağızadənin sözlərinə görə, son aylar İranda siyasi təzyiqlər güclənib

2006-cı ilim may ayından bu günə qədər İranda türk əsilli 2000 şəxs siyasi ittihamlarla həbsxanalara salınıb. Bunu rəsmi Tehran da etiraf edir. «Azadlıq» radiosuna Dünya Azərbaycanlıları Konqresinin (DAK) Məclis sərdi Əjdər Tağızadə belə deyib: «İndi Təbriz, Urmiya, Xoy, Mərənd, Zəncan şəhərlərində 150-dən artıq insan siyasi ittihamlarla həbsxanalarda saxlanır. Biz Bakını İranda insan haqlarının pozulması məsələsində prinsipial mövqe göstərməyə çağırırıq»


Əjdər Tağızadənin sözlərinə görə, son aylar İranda siyasi təzyiqlər güclənib: «Artıq öz hüquqlarını tələb edən qadınlara belə ağır işgəncələr verilir». O, DAK-ın siyasi məhbusları dərhal azadlığa buraxılmasını tələb etdiyini bildirib.


Azərbaycanlılar İranda ən böyük etnik azlıq hesab olunur. Qeyri-rəsmi məlumatlara görə onların yası 35 milyon nəfərdir. Milli hüquqlarını tələb edən azərbaycanlı fəallar İran hökuməti tərəfindən təqiblərə və işgəncələrə məruz qalır, həbs olunurlar. Beynəlxalq insan hüquqları təşkilatları bununla bağlı dəfələrlə rəsmi bəyanatlar verir, İran hökumətinin təqibləri dayandırmağa çağırırlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG