Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Salyanda aksiya keçirilib


Avqustun 28-də Salyan rayon avtovağzalı yaxınlığındakı bağlanmış bazarın fəaliyyətinin bərpa edilməsi tələbiylə 200-ə yaxın rayon sakini icra hakimiyyəti binası qarşısında aksiya keçirib. Şikayətçiləri icra başçısı müavini Etibar Hüseynov qəbul edib. O, bazarın sentyabrın 15-dən sonra fəaliyyətinə icazə veriləcəyini bildirib. Aksiya iştirakçılarından Gülnarə Rüstəmovanın dediyinə görə, 200-dən artıq adamın yeganə iş yeri həmin bazar olduğundan təxminən iki aya yaxındır ki, onlar işsiz qalıblar.


Salyan rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov bir neçə gün əvvəl «Azadlıq» radiosuna bildirmişdi ki, bazar antisanitariya vəziyyətinə görə bağlanıb. Bazarın direktor müavini Gülhüseyn Baxışov antisanitariya vəziyyətilə bağlı problemlərin hamısının aradan qaldırıldığını bildirsə də rayon icra hakimiyyətində hesab edirlər ki, bazarda yeni su və kanalizasiya xətti çəkilmədiyindən qısa müddətdən sonra ərazidə yenidən antisanitariya vəziyyəti yarana bilər. Bu baxımdan həmin iradlar da aradan qaldırılmalıdır.


XS
SM
MD
LG