Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05

Avropa Parlamenti Azərbaycanla bağlı dinləmələr keçirdi


Avropa Parlamentində Azərbaycanın Avropaya inteqrasiya məsələsi müzakirə olunub

Avropa Parlamentində Azərbaycanın Avropaya inteqrasiya məsələsi müzakirə olunub

Avqustun 27-də Avropa Parlamentində Azərbaycan və İordaniya ilə bağlı dinləmələr keçirilib. Avropa Parlamentinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, «Avropa Qonşuluq Siyasətində insan haqları» mövzusunda keçirilən dinləmələrdə Azərbaycanın Avropa Birliyindəki nümayəndəliyinin rəhbəri Emin Eyyubov da iştirak edib. QHT sektorunun təmsilçisi olaraq Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva da toplantıya dəvət olunub.


Dinləmələrdə Avropa Qonşuluq Siyasətinin prinsiplərinin yerinə yetirilməsi, demokratik hüquq və azadlıqların vəziyyəti, mətbuatın durumu, Avropaya inteqrasiya və digər məsələlər müzakirə olunub.


Avropa Parlamentinin İnsan haqları üzrə alt komitəsinin avqustun 28-də keçiriləcək iclasında isə «dondurulmuş» münaqişələr - Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya problemləri müzakirəyə çıxarılacaq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Birliyinin Xarici Siyasət Şurasının nümayəndəsi Niku Popesku və Kembric Beynəlxalq Araşdırmalar Mərkəzinin təmsilçisi Martin İes Bielavski çıxış edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG