Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Vankuver dünyanın ən rahat şəhəridir


Vankuver şəhəri artıq beşinci ildir ki, reytinqə başçılıq edir

Vankuver şəhəri artıq beşinci ildir ki, reytinqə başçılıq edir

Kanadanın Vankuver şəhəri artıq beşinci ildir ki, Britaniyanın «Economist» jurnalının tərtib etdiyi reytinqə başçılıq edir. Jurnal əhalinin həyat keyfiyyətinə görə, dünyanın 132 şəhərinin illik qiymətləndirilməsini dərc edib. İkinci yerdə Avstraliyanın Melburn, üçüncü pillədə isə Vyana qərarlaşıb.


Adıçəkilən şəhərlərdən savayı, həyat üçün ən yaxşı 10 yerin siyahısına Pert (Avstraliya), Toronto (Kanada), Adelaida (Avstraliya), Sidney (Avstraliya), Kopenhagen (Danimarka), Cenevrə (İsveçrə) və Sürix (İsveçrə) da daxildir.


Dünya şəhərləri 40 parametr üzrə qiymətləndirilir; cinayətkarlıq, qeyri-sabitlik və terror təhlükəsi, nəqliyyat şəbəkəsi və rabitə sisteminin vəziyyəti, səhiyyə sahəsində vəziyyət, mədəniyyət səviyyəsi, ətraf mühit və təhsilin vəziyyəti.


Nyu-York, Tokio, London, Honkonq və Paris kimi dünya mərkəzləri məhz ölçüləri və cazibədarlığına görə, ilk onluğa düşməyib. Yollarda tıxaclar və cinayətkarlığın yüksək səviyyəsi onların mədəni həyat, təhsil və səhiyyədəki üstünlüklərini azaldır.


Tədqiqatçıların nəzərdən keçirdiyi 132 şəhər arasında ən pis vəziyyət Əlcəzairdədir. 131-ci yerdə Banqladeşin paytaxtı Dakka, bir pillə yuxarıda isə Nigeriyanın paytaxtı Laqos qərarlaşıb. Ən pislərin onluğuna həmçinin, Kəraçi (Pakistan), Katmandu (Nepal), Abican (Kor-d İvuar), Dakar (Seneqal), Pnompen (Kamboca), Tehran (İran) və Boqota (Kolumbiya) da daxildir.


Günün bütün mövzuları

XS
SM
MD
LG