Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00

Qazaxıstan «Kaşaqan» yatağında işləri dayandırıb


«Kaşaqan» son 30 ildə dünyada aşkarlanan ən iri yataq sayılır

«Kaşaqan» son 30 ildə dünyada aşkarlanan ən iri yataq sayılır

Qazaxıstan hökuməti Xəzərin şimalındakı «Kaşaqan» neft yatağının istismarı üzrə işləri azı üç aya dayandırıldığını bildirib. «Kaşaqan» son 30 ildə dünyada aşkarlanan ən iri yataq sayılır.

Ətraf Mühiti Mühafizə Nazirliyi layihə iştirakçılarını ekoloji tələbləri pozmaqda ittiham edib. Qazaxıstanın Gömrük Xidməti isə ölkəyə gətirilmiş iki vertolyotla bağlı gömrük qanunvericiliyinin pozulmasını araşdırmağa başlayıb.


Layihədə operator İtaliyanın «Eni» şirkəti başda olmaqla beynəlxalq konsorsium işləyir.


Yatağın istismarına başlanılması əvvəlcə 2005-ci ilə planlaşdırılırdı. Amma bir neçə dəfə vaxt dəyişdirilib. İndi isə yatağın istismara verilməsi 2010-cu ilə qədər təxirə salınıb. Tələb olunan investisiyaların həcmi isə 57 milyard dollardan 136 milyard dollara qədər artıb.


«Bloomberg» agentliyinin Alma-Atadan verdiyi məlumata əsasən, ötən həftə Qazaxıstan hökuməti «Eni»dən layihədə iştirak payını azaltmağı tələb edib. Buna əməl etmədiyi təqdirdə şirkət orada operativ nəzarətdən məhrum ola bilər. Layihənin bütün iştirakçılarına onlarla əvvəllər bağlanan sazişlərə yenidən baxmaq təklif olunur. Başqa məlumatlara əsasən isə, Qazaxıstan «Kaşaqan» neftinin satışından gələcək mənfəətdə öz payının artırılmasına çalışır.


Artıq «Eni» bəyan edib ki, hökumətlə danışıqlar üçün Qazaxıstana xüsusi nümayəndə heyəti göndəriləcək. Oktyabrın 7-də isə İtaliyanın Baş naziri Romano Prodinin Qazaxıstana səfəri planlaşdırılıb.


«Kaşaqan» yatağının səhmlərinin 18,5 faizi İtaliyanın «Eni» şirkətinə məxsusdur. «Shell» (Britaniya-Hollandiya), «Exxon Mobil» (ABŞ) və «Total» (Fransa) şirkətləri də eyni səhmlər paketinə malikdirlər. Layihə səhmlərinin daha 9,3 faizi «ConocoPhillips»ə (ABŞ) məxsusdur. Yaponiyanın «Inpex» və «KazMunayQaz» Qazaxıstan dövlət şirkətinin isə layihədə hərəsinin 8,3 faiz iştirak payı var.


Günün bütün mövzuları

XS
SM
MD
LG