Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:20

XİN-in Mətbuat Xidməti fəaliyyətini yeniləşdirir


Bundan sonra Xarici İşlər Nazirliyi (XİN) hər həftənin birinci günü jurnalistlər üçün həftəlik mətbuat konfransı keçirəcək. Mətbuat konfransında ötən həftənin hadisələri barədə danışılacaq və növbəti həftə gözlənilənlər barədə məlumat veriləcək. Avqustun 27-də artıq ilk mətbuat konfransını keçirən XİN mətbuat katibi Xəzər İbrahim belə deyib. Onun sözlərinə görə, nazirliyin Mətbuat Xidmətinin fəaliyyətində dəyişiklik edilib. Artıq Mətbuat Xidməti müstəqil bir qurum kimi fəaliyyət göstərir və birbaşa nazirə tabedir. Brifinqlər bu istiqamətdə atılan addımlardan biridir. Brifinqlər bazar ertəsindən başqa, həftənin başqa günləri də keçiriləcək. Mətbuat konfranslarında XİN rəhbərləri də iştirak edəcəklər.


Xəzər İbrahim deyir ki, nazirlik beynəlxalq təcrübəyə əsaslanaraq jurnalist klubu təşkil edir. Bu kluba hər bir KİV-dən biri əvəzedici olmaqla iki nəfər daxil ediləcək. Həmin jurnalistlərlə XİN rəhbərliyinin qeyri-formal görüşləri də nəzərdə tutulur. Məqsəd artıq ixtisaslaşmış və məlumatlı jurnalistlərlə birgə işləməyi təşkil etməkdir.


XS
SM
MD
LG