Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:53

Fərəməz Novruzoğlu müalicə müəssisəsinə köçürülüb


Jurnalistin sağlıq durumunun ağır olaraq qaldığı, orqanizminin zəiflədiyi bildirilir

Jurnalistin sağlıq durumunun ağır olaraq qaldığı, orqanizminin zəiflədiyi bildirilir

«Nota-Bene» qəzetinin həbsdə olan müxbiri Fərəməz Novruzoğlu avqustun 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Böyük Şor qəsəbəsində yerləşən müalicə müəssisəsinə köçürülüb. Onun sağlamlıq durumu ağır olaraq qalır, orqanizmi çox zəifdir. Bu barədə «Turan»a jurnalistin həyat yoldaşı Tahirə Allahverdiyeva bildirib.


T.Allahverdiyeva avqustun 26-da xəstəxanada həyat yoldaşı ilə görüşüb. Onun sözlərinə görə, artıq jurnalistin müayinəsinə başlanıb. «Həkimlər F.Novruzoğlunun bədəninin zəif olmasının hələ onun üzərində əməliyyat aparılmasına imkan vermədiyini bildirirlər. İlkin olaraq müalicə təyin ediləcək, sonra əməliyyat keçiriləcək».


T.Allahverdiyeva həyat yoldaşının bağırsaqlarında infeksiya olduğunu və bel nahiyəsində şiş əmələ gəldiyini deyib. «Əməliyyat zamanı infeksiya təmizlənəcək və şiş kəsilib götürüləcək».


O, jurnalistin ailəsinin sosial durumunun da acınacaqlı olduğunu bildirib. «Bir övladım tələbədir, ikisi isə orta məktəbdə oxuyur. İşləmirəm və kirayədə yaşayırıq. Yalnız qohumların və jurnalist təşkilatlarının yardımı ilə çətinliklə dolanırıq».


«Nota Bene» qəzetinin müxbiri Fərəməz Novruzoğlu Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (şərəf və ləyaqətin alçaldılması) maddələri ilə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə bu ilin yanvarında iki il yarım müddətinə azadlıqdan məhrum olunub. O, həbsxanada həbsinə etiraz olaraq ağzını tikib və on beş gün aclıq keçirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG