Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:09

Gürcüstanda yaşayan azərbaycanlıların ilk qurultayı keçirilə bilər


Tbilisidə azərbaycanlıların kompakt halda yaşadığı «Şeytanbazar» məhəlləsi
Tbilisidə azərbaycanlıların kompakt halda yaşadığı «Şeytanbazar» məhəlləsi

Bu barədə «Trend»ə Gürcüstanda fəaliyyət göstərən «Qeyrət» Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov məlumat verib. Onun sözlərinə görə, qurultay əsasən Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini müzakirə etmək və vahid konsepsiya hazırlamaq məqsədilə çağırılacaq.


«Bu qurultay Gürcüstanda yaşayan azərbaycanlıların milli hüquqlarına, ana dilində təhsil almasına, humanitar problemlərinə həsr olunacaq. Biz Azərbaycan məktəblərinin saxlanması, eyni zamanda gürcü dilinin mükəmməl tədris olunmasını təklif edirik. Qurultay adından bu və digər təkliflərdən ibarət konsepsiya hazırlanması, Gürcüstan rəhbərliyinə təqdim olunması nəzərdə tutulur» - deyə Əsgərov məlumat verib.


Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən isə «Azadlıq» radiosuna onlarda bu haqda hər hansı məlumat olmadığını bildiriblər.


Gürcüstanın Borçalı (Kvemo-Kartli) bölgəsində kompakt şəkildə 500 minə yaxın azərbaycanlı yaşayır. Ümumilikdə Gürcüstanın paytaxtında və 13 rayonunda yerli azərbaycanlılar yaşayır. 164 Azərbaycan məktəbi fəaliyyət göstərir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG