Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:12

Velosiped Nyu-Yorkun alternativ nəqliyyat vasitəsinə çevrilə bilər


Velosipeddən nə qədər çox istifadə olunsa, həm köklər arıqlayar, həm də tıxaclar azalar

Velosipeddən nə qədər çox istifadə olunsa, həm köklər arıqlayar, həm də tıxaclar azalar

Amerika hökuməti Birləşmiş Ştatların avtomobil tıxaclarından əziyyət çəkən 5 iri şəhəri üçün 1 milyard dollardan artıq pul ayırıb. Bu şəhərlər arasında Nyu-York da var. Nyu-Yorkun meri Maykl Blumberq ayrılmış vəsaiti nəqliyyatda yeni pullu sistemə xərcləməyi düşünür. O, Manhettenə girişə vergi qoymaq niyyətindədir. Onun təklifinə görə, bütün gün boyu axşam saat 6-ya qədər şəhərin 80-dən artıq küçəsinə giriş üçün kiçik tutumlu maşınların sürücüləri 8 dollar, yük maşınlarının sürücüləri isə 20 dollar ödəməlidirlər.


Artıq bu təcrübə Londonda sınaqdan keçirilib, nəticəsi də yaxşıdır. Mer Blumberq hesab edir ki, əgər təklifi qəbul olunsa, bu şəhərdə tıxacların azalmasına böyük kömək etmiş olacaq.


Başqa bir təklif isə velosipedlərdən çox istifadəylə bağlıdır. Velosipeddən nə qədər çox istifadə olunsa, həm köklər arıqlayacaq, həm benzin işlənməyəcək, həm də ən əsası-tıxaclar azalacaq.


32 yaşlı Nyu-York sakini Tod deyir ki, o çox istəyir ki, camaat velosipedi alternativ nəqliyyat kimi ciddi qəbul etsin. Onun fikrincə, indi velosipedçilər üçün Nyu-York küçələrində yaxşı şərait var. Həm də şəhərin canlılığını maşında olduğundan daha artıq hiss edirsən. Şəhərin gözünün qabağında necə hərəkət etdiyini görürsən-fontanların şırıltısını, camaatın danışığını, uşaqların gülüşünü eşidirsən. Həm də velosiped maşın kimi havanı da çirkləndirmir.


30 yaşlı velosipedçi Timsə deyir ki, onlar üçün ən böyük problemi taksi sürücüləri törədir. «Onlar çox pis sürürlər, elə bil ki, onlar üçün sükan silahdır».


İndi bütün dünyada velosipedin xeyrindən çox danışılır və çox istifadə olunur. Dünyada 1 milyard yarımdan atıq velosiped var. Bunların 500 milyonu Çində, 250 milyonu Avropada, 150 milyonu isə Amerikadadır. Ən çox velosipedlər Çin və Hindistanda istehsal olunur. Artıq Avropa ölkələrində də velosipeddən çox istifadə edilir. Hollandiya paytaxtında hər 3 nəfərdən biri şəhər içində velosipeddən istifadə edir. Birləşmiş Krallıqda isə hökumət 2012-ci ilə qədər velosipeddən istifadənin 4 dəfə artırılması planı hazırlayıb.


Bakıda isə velosiped sürənləri daha çox bulvarda, bir də məhəllələrdə görmək olar. Bakıda heç velosiped yolları da yoxdur. Bakı şəhər Yol Polisi İdarəsindən deyilər ki, velosiped üçün cığırlara ehtiyac yoxdur, olsa, salınar.


XS
SM
MD
LG