Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:11

Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi Eynulla Fətullayevin hələ də həbsdə saxlanmasını pisləyir


Eynulla Fətullayev hazırda fəaliyyətini dayandırmış «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru idi. O, böhtan və təhqirə görə iki il altı ay azadlıqdan məhrum edilib.


Bu həftə Ali Məhkəmə hökmü qüvvədə saxlayıb. Ancaq bu məhkəmə prosesindən onun vəkili İsaxan Aşurovun xəbəri olmayıb.


İndi Fətullayevə qarşı məhkəmə hökmündən Avropa İnsan Haqları Məhkəməsinə müraciət hazırlanır.


Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin direktoru Coel Saymon Azərbaycan hökumətini çağırır ki, Fətullayevə qarşı bütün ittihamları ləğv etsin, o, azadlığa buraxılsın.


Hazırda Azərbaycanda yeddi jurnalist peşə fəaliyyətinə görə həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG