Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:43

Yəmən hökuməti yoxsul adamlar üçün kütləvi toy mərasimi təşkil edib


Avqustun 24-də ölkənin paytaxtında 200 yəmənli dövlət hesabına toy ediblər. Məlumatı «əl-Cəzirə» ərəb peyk kanalı yayıb.


Ölkədə iqtisadi vəziyyət pisləşib, həyat səviyyəsi düşüb və qiymətlər artıb. Ona görə gənc yəmənlilər bütün toy xərclərini müstəqil ödəyə bilmirlər.


Bəylər sərt meyarlara uyğun seçiliblər. Bu gənclər nümunəvi davranış və möminliyi ilə fərqləniblər, ölkənin ictimai həyatında fəal iştirak ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG