Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:34

XİN britaniyalı deputatla bağlı yayılan məlumatı araşdıracaq


«Kavkazskı uzel» internet dərgisinin yaydığı məlumata görə, Dağlıq Qarabağda səfərdə olan Böyük Britaniya parlamentinin deputatı Stefan Paund deyib ki, o, Dağlıq Qarabağı de-fakto Ermənistanın tərkib hissəsi hesab edir, qalır onu de-yure tanımaq.


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim isə bildirir ki, nazirlik bu məsələni araşdıracaq. Əgər Böyük Britaniya parlamentinin deputatı belə bir fikir deyibsə, onda Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Böyük Britaniyaya öz etirazını bildirəcək.


XS
SM
MD
LG