Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:34

Amerikalılar daha çox nəyə baxırlar?


Sıravi amerikalını hava proqnozu Səddamın edamı xəbərindən də çox maraqlandırıb
Sıravi amerikalını hava proqnozu Səddamın edamı xəbərindən də çox maraqlandırıb

Bu nəticə mərkəzi Vaşinqtonda yerləşən «Pew» Araşdırmalar Mərkəzinin apardığı tədqiqat zamanı əldə olunub. Mərkəzin hesablamasına görə, 80-ci illərdən bu yana amerikalıların daha çox izlədiyi xəbər təbii fəlakətlər və ya qəzalarla bağlıdır.


İkinci yerdə pulla əlaqəli, inflyasiya, benzinin qiymətinin dəyişməsi, məşğulluq, üçüncü yerdə isə pis hava xəbərləri gəlir.


Çox maraqlıdır ki, idman xəbərlərini sən demə amerikalılar bir o qədər də sevmir. Məsələn, əgər 80-ci illərdə idmanla bağlı xəbərlərə maraq 25% idisə, artıq 21 ildən sonra - 2006-cı ildə bu göstərici azalaraq 19% olub.


Eyni hal elm və texinika ilə də baş verib. 21 ildən sonra elmə də tamaşaçıların marağı iki dəfə azalıb.


«Pew» Araşdırmalar Mərkəzi hesabatında qeyd edir ki, amerikalıları məşhurlar barəsində müxtəlif dedi-qodular, mədəniyyət xəbərləri bir o qədər maraqlandırmır. Baxmayaraq ki, dedi-qodu xəbərləri 80-ci illərdə çox populyar idi, amma tamaşaçıların bir qismi bu cür xəbərlərə daim laqeyd olub. Hətta 80-ci illərdə konqresmen Barney Frankin fahişəliklə məşğul olan bir kişi ilə yaşaması Vaşinqtonun özündə böyük qalmaqala səbəb olsa da, bu, yalnız 6 faiz tamaşaçını maraqlandırmışdı.


80-ci ildən bu yana sıravi amerikalının izlədiyi 10 xəbərdən azı üçü terrorla, yaxud da fəlakət və qəzalarla bağlıdır.


Məsələn, 1986–cı ildə Amerikanın «Challenger» kosmik raketinin qəzaya uğraması xəbəri kimi, 2001-ci ilin sentyabrın 11-i - Dünya Ticarət Mərkəzinində terror xəbəri də amerikalıların böyük əlsəriyyəti tərəfindən izlənmişdi.


Bu gün Amerikada xəbərin quruluşu dəyişdiyi kimi, insanların da «xəbər zövqü» dəyişib. İndi adamları daha çox onlara şəxsən təsir edən xəbərlər maraqlandırır. Məsələn, sabah sadə amerikalı evdən çıxanda hansı hava ilə qarşılaşacaq? Qasırğa olacaqmı və olacaqsa, ondan necə qorunmalı, ya da ki, qlobal istiləşmənin ona təsiri necə ola bilər?


Bu il də, ilin əvvəlindən mart ayına kimi, sıravi amerikalını məhz soyuq hava şəraiti ilə bağlı xəbər Somalidəki mühiribədən də, Amerikanın sabiq prezidenti Gerald Fordun ölümündən də, hətta Səddam Hüseynin edamı xəbərindən də çox maraqlandırıb.


Bu araşdırma 200 min adam arasında aparılıb, 165 müxtəlif araşdırmanın nəticələrinə əsaslanır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG