Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

Dünya ədəbiyyatının görkəmli əsərlərinin Azərbaycan dilində nəşri haqda sərəncam imzalanıb


Avqustun 24-də prezident İlham Əliyev «Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında» sərəncam imzalayıb.


Sənədə əsasən, Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik «Dünya ədəbiyyatı kitabxanası» nəfis tərtibatla nəşr edilməlidir. Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Elmlər Akademiyasının və Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla nəşrlə bağlı təkliflərini bir ay müddətində prezidentə təqdim etməlidir.


Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Günün bütün mövzuları

XS
SM
MD
LG