Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:22

400-cü adam edam olundu


ABŞ-ın Ali Məhkəməsi 1976-cı ildə ölkədə edam hökmünü bərpa edib
ABŞ-ın Ali Məhkəməsi 1976-cı ildə ölkədə edam hökmünü bərpa edib
Avqustun 23-də ABŞ-da 1982-ci ildən bu yana 400-cü edam həyata keçirilib. Texas ştatında Conni Rey Konner ölümcül peyvənd vasitəsilə edam edilib. Konner 1998-ci ildə Vyetnamdan olan immiqrant Katianna Nquenin dükanını soyarkən, onu qətlə yetirdiyinə görə ölümə məhkum olunmuşdu.

Son ana qədər bütün ittihamları təkzib edən Konner ölümündən qabaq bağışlanmasını xahiş edib. O, öz və öldürdüyü şəxsin ailəsinə məhəbbətindən danışıb. «Mənimlə baş verənlərin hamısı ədalətsizlikdir. Sistem işləmir», – deyə o, son sözündə bildirib: «Həyat, qismət beləymiş. Mənim əməllərim Allaha lazımlı idi. Mən sizə qarşı kinli deyiləm. Cənnətə düşəndə, sizi gözləyəcəyəm. Xahiş edirəm məni bağışlayın…»


Konner zəhər təsir edənə qədər danışmaqda davam edib. Onun ölümü yerli vaxtla saat 18:20-də, peyvənddən səkkiz dəqiqə sonra qeydə alınıb.


Bu, həm də 2007-ci ildə Texasda qeydə alınan 21-ci edamdır. Bu həftə isə daha üç edam hökmünün icrası nəzərdə tutulur.


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Rene van der Linden Texasda Conni Rey Konnerin edamını sərt tənqid edib. Edamdan qabaq Avropa Şurası Texas qubernatoru Riki Perriyə hökmün ləğvi və ştatda edama moratorium qoyulması xahişi ilə müraciət da ünvanlayıb. Amma qubernator rədd cavabı verib:


«Texaslılar artıq çoxdan anlayıblar ki, edam vətəndaşların törətdiyi ən dəhşətli cinayətlərə görə adekvat və lazımi cəzadır», - deyə Perri qeyd edib.


AŞ PA rəhbəri isə bildirir ki, « məhkumun edamı ədalətli deyil və heç vaxt ədalətin sinonimi olmayacaq. Demokratiya, qanunun və insan haqlarının aliliyinə tərəfdar olan ölkələrdə edam hökmü ləğv edilməlidir. Bu cür addım qeyri-populyar olsa belə».


ABŞ-ın Ali Məhkəməsi 1976-cı ildə ölkədə edam hökmünü bərpa edib. Həmin vaxtdan indiyə qədər Amerikada 1100 adam edam olunub.


Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda edam hökmündən imtina olunub və bu cəza ömürlük həbslə əvəzlənib.


Birləşmiş Ştatlar qanunları isə konkret ştatın normativ aktlarından asılı olaraq, müxtəlif edam növlərini müəyyənləşdirməyə imkan verir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG