Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38

Vətəndaş və İnkişaf Partiyası (VİP) Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb


Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Partiyanın sədri Əli Əliyev avqustun 24-də nazirliyə gedərək dövlət qeydiyyatına alınma ilə bağlı şəhadətnaməni götürüb. Şəhadətnamədə VİP-in avqustun 8-nə qeydiyyata alındığı bildirilib.


AMİP-dən ayrıldıqdan sonra VİP 2006-cı ilin mayın 28-də təsis qurultayını keçirib və iyunun 14-də nazirliyə müraciət edib. Nazirlik qeydiyyatı ləngitdiyi üçün partiya məsələylə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG