Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:07

Respublikaçı senator İraqdan qoşunların çıxarılmasına çağırıb


ABŞ-da İraqdan qoşunların çıxarılmasına başlamaq çağırışlarına nüfuzlu respublikaçı senator da qoşulub.


Senatın silahlı qüvvələr üzrə komitəsinin keçmiş rəhbəri Con Uorner prezident Corc Buşu ilin sonuna qədər beş min hərbçini geri çəkməyə çağırıb. Onun fikrincə, bu, İraq hökumətini milli barışıq və ölkədə sabitlik üzərində daha fəal işləməyə vadar edəcək.


Amerika xüsusi xidmət orqanlarının avqustun 23-də açıqladıqları hesabatda deyilir ki, İraq liderləri ölkəni effektiv idarə etmək, İraqın təhlükəsizlik qüvvələri isə amerikalıların köməyi olmadan, müstəqil hərəkət etmək iqtidarında deyillər.


Xüsusi xidmət orqanları hesab edirlər ki, yaxın yarım ildə İraqda vəziyyət yalnız pisləşəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG