Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:11

Fransadan Bakıya sərnişin təyyarəsi gətirildi


Ümumilikdə «ATR 42» təyyarələrinə 97,2 milyon dollar ödənilib
Ümumilikdə «ATR 42» təyyarələrinə 97,2 milyon dollar ödənilib

Avqustun 24-də Fransadan Azərbaycana yeni sərnişin təyyarəsi gətirildi. Bu barədə «Azadlıq» radiosuna «Azal» Hava Yolları Dövlət Konserninin mətbuat katibi Məhərrəm Səfərli deyib.


Gətirilən təyyarələr Naxçıvan, Gəncə, Tbilisi , Tehran reyslərində istifadə olunacaq.


Bu, Azərbaycanın Fransadan aldığı ilk təyyarədir. Əlavə beşi də gətiriləcək. Ümumilikdə təyyarələrə 97,2 milyon dollar ödənilib.


Prezident İlham Əliyevin bu ilin yanvarında Fransaya səfəri zamanı bu ölkənin sərnişin təyyarəsi istehsal edən «ATR» şirkətilə 6 yeni sərnişin təyyarəsinin alınmasıyla bağlı müqavilə imzalanıb. Qalan iki təyyarə bu ilin sonuna, digər üç təyyarə isə gələn ilin avqustuna qədər Azərbaycana gətiriləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG