Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:29

Elmar Məmmədyarov Metyu Brayzanın toyunda iştirak edib


Metyu Brayza və Zeyno Baranın toy mərasimi İstanbulun Quru Çeşmə adasında keçirilib

Metyu Brayza və Zeyno Baranın toy mərasimi İstanbulun Quru Çeşmə adasında keçirilib

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə Hudson İnstitutunun əməkdaşı, türkiyəli Zeyno Baranın toy mərasimi İstanbulun Quru Çeşmə adasında keçirilib.


APA-nın Türkiyə bürosunun məlumatına görə, toy mərasimində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib. Ümumilikdə isə toya 300 nəfər qonaq dəvət olunub. Onların arasında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər, Türkiyə Ermənilərinin patriarxı II Mesrob, İstanbul Şişli bələdiyyə başqanı Mustafa Sarıgül və daha bir neçə tanınmış şəxs iştirak edib.


Toyun sonuna yaxın M. Brayzanın anası Carroll Brayzanın səhhətində problem yarandığı üçün həyat yoldaşı Kennet Brayza ilə birlikdə toydan tez ayrılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG