Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:52

Azərbaycan ən çox siqaret çəkilən ölkələr arasındadır


Köhnə sovet şüarı: «Siqaret çəkmək olmaz! Siqaret çəkənləri məhkəmə gözləyir»

Köhnə sovet şüarı: «Siqaret çəkmək olmaz! Siqaret çəkənləri məhkəmə gözləyir»

«Gallup» sorğu xidmətinin araşdırmalarına görə, Azərbaycan ən çox siqaret çəkilən ölkələr arasında birinci yeri tutan Kubadan cəmi 4 faiz geridədir. Sorğu onu da göstərir ki, dünyada ən çox siqaret keçmiş sovet respublikalarında çəkilir.


«Media forum»un Rusiya KİV-inə istinadla yaydığı məlumata əsasən, sorğu dünyanın onlarla dövlətində yeniyetmələr arasında keçirilib. Yeniyetmələr belə bir sadə suala cavab veriblər: «Siz son həftələrdə siqaret çəkmisinizmi?»


Məlum olub ki, Kubada siqaret çəkənlərin sayı daha çoxdur. Sorğu kubalıların 40 faizinin siqaret çəkdiyi müəyyənləşdirilib. Rusiya, Belarus, Küveyt, Çili və Banqladeşdə siqaret çəkənlər əhalinin 37 faizini təşkil edir. Bu göstərici Estoniya, Latviya, Azərbaycan və İndoneziyada 36 faizdir. Qazaxıstanda əhalinin 35, Litvada 34, Argentina və Çində 33 faizi siqaretdən istifadə edir.


Ukraynalılar və vyetnamlıların 32 faizi siqaret çəkir. Daha çox siqaret çəkilən ölkələr arasında Kipr, Mavritaniya və Slovakiya (31 faiz), Cənubi Afrika Respublikası və Burundi (hər ikisi 30 faiz) də var. Son məlumatlara görə, amerikalıların 24 faizi siqaret çəkir ki, bu da ölkə üçün rekord həddir.


Ən az siqaret çəkilən dövlətlər isə Nigeriya (6 faiz), Salvador və Qana (hər ikisi 8 faiz), Əfqanıstan və Efiopiyadır (hər ikisi 9 faiz).


Regional ərazilərə gəldikdə, siqaret ən çox keçmiş sovet respublikalarında və Mərkəzi Avropada çəkilir. Burada yaşlı əhalinin orta hesabla 29 faizi siqaret çəkəndir. Mərkəzi Amerika və Cənubi Asiyanı isə (hərəyə 12 faiz) siqaret çəkməyənlər kimi göstərmək olar.


Günün bütün mövzuları

XS
SM
MD
LG