Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:18

Rusiya təyyarələri sərnişindaşımadan çıxarılacaq


2008-ci ildə Azərbaycan köhnə «TU» təyyarələrini sərnişindaşımadan çıxaracaq
2008-ci ildə Azərbaycan köhnə «TU» təyyarələrini sərnişindaşımadan çıxaracaq
2008-ci ildə Azərbaycan Rusiya istehsalı olan «TU-134» və «TU-154» təyyarələrini tamamilə sərnişindaşımadan çıxaracaq. «Azal» Hava Yolları Dövlət Konsernin Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli «Azadlıq» radiosuna belə deyib.

Azərbaycan Fransadan altı ədəd «ATR 42-500» sərnişin təyyarəsi alıb. Ümumi qiyməti 97, 2 milyon dollar olan 50 və 70 sərnişin tutan təyyarələrdən biri avqustda, ikisi oktyabr-dekabr aylarında, qalan üçü isə 2008-ci ildə Azərbaycana gətiriləcək.


Cənab Səfərli deyir ki, həmin təyyarələr Naxçıvan, Tbilisi, Gəncə, Minvod və Tehran xəttlərinə buraxılacaq.


Hazırda Azərbaycanın sərnişin təyyarə parkında əsasən Amerika istehsalı olan «Boinq», Fransa istehsalı olan «AirBus» və Rusiya istehsalı olan «TU-134» və «TU-154» tipli sərnişin təyyarələri var.


Fransadan gətiriləcək təyyarələrlə bağlı müqavilə prezident İlham Əliyevin həmin ölkəyə son səfəri zamanı imzalanıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG