Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:58

«Barmek» əməkdaşlarının məhkəmə istintaqı yekunlaşıb


Arabul barəsində ölkədən çıxmamaq haqqında iltizam-qətimkan tədbiri seçilib
Arabul barəsində ölkədən çıxmamaq haqqında iltizam-qətimkan tədbiri seçilib

Avqustun 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin prezidenti Hüseyn Arabul və şirkətin yüksək vəzifəli altı əməkdaşının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Avqustun 29-da dövlət ittihamçısı çıxış edib təqsirləndirilən şəxslərə cəza istəyəcək.


Bu barədə «Azadlıq» radiosuna Hüseyn Arabul məlumat verib.


Hüseyn Arabul və şirkətin altı əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilir. Onun barəsində ölkədən çıxmamaq haqqında iltizam-qətimkan tədbiri seçilib.


Bununla paralel «Barmek» prezidenti də Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib, Azərbaycan hökumətindən 400 milyon dollar təzminat tələb edir.


«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG