Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Azərbaycan Hüquqşünasları Forumu jurnalistlərə qarşı diffamasiya iddialarının artmasından narahatdır


Forumun avqustun 23-də yaydığı bəyanatda 2007-ci ildə yüksək siyasi və ya inzibati vəzifə tutan şəxslər tərəfindən mediaya qarşı diffamasiya iddiaları ilə 60-dan artıq məhkəmə davası açıldığını bildirir. Bunun 2005-ci illə müqayisədə 10 dəfə çox olduğu qeyd edilir.


500-dən artıq hüquqşünası özündə birləşdirən Azərbaycan Hüquqşünasları Forumu hökuməti bu sahədəki durumun acınacaqlı olduğunu diqqətə almağa, diffamasiya qanununu qəbul etməyə çağırır.


Hakimiyyət mənsubları dəfələrlə Azərbaycanda media azadlığı ilə bağlı heç bir problemin olmadığını bildirib.


XS
SM
MD
LG