Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:32

Bu yay qida zəhərlənmələri ən çox yemişdən olub


Ərzaq zəhərlənməsilə bağlı ölüm faktı qeydə alınmayıb

Ərzaq zəhərlənməsilə bağlı ölüm faktı qeydə alınmayıb

Bu yay ən çox qida zəhərlənmələri bostan bitkilərindən, əsasən də yemişdən olub. Bundan başqa, evdə konservləşdirilmiş və mağazalarda saxlama müddəti keçmiş ərzaq mallarından da zəhərlənmələr olub.


Bu barədə «Azadlıq» radiosuna Respublika Gigiyena və Epidemioloji Mərkəzin əməkdaşı Ziyəddin Kazımov məlumat verib. Onun sözlərinə görə, yemişdən zəhərlənmələr bu bitkinin tərkibindəki nitrat maddəsinin normadan iki dəfə artıq olmasıyla bağlıdır.


Ziyəddin Kazımov deyir ki, ötən səkkiz ayda ölkə ərazisində ərzaq zəhərlənməsilə bağlı xəstəxanalara 130-dan artıq müraciət edilib. Ərzaq zəhərlənməsilə bağlı ölüm faktı qeydə alınmayıb, xəstəxanaya müraciət edənlərin hamısı ilkin tibbi yardımdan sonra evə buraxılıb.


Kimyəvi zəhərlənmədən isə bir nəfər ölüb. Bu məlumatı isə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin baş həkimi Azər Maqsudov verib. Onun sözlərinə görə, son üç ayda mərkəzə ilan sancmasıyla bağlı 41, qaraqurd sancmasıyla bağlı səkkiz, spirtli içkidən zəhərlənmə halıyla bağlı isə 15 nəfər müraciət edib. İlan sancmasıyla bağlı bir hadisə isə ölümlə nəticələnib.


Günün bütün mövzuları

XS
SM
MD
LG