Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:55

Demokratların liderləri Corc Buşun İraqa dair bəyanatını sərt tənqid edirlər


ABŞ-ın Demokrat Partiyasının liderləri prezident Corc Buşun İraqdakı vəziyyətə həsr olunmuş çıxışını sərt tənqid ediblər.


Buş deyib ki, qoşunların İraqdan çıxarılması iraqlılar üçün faciə ilə nəticələnə bilər. Prezident bunu bir vaxtlar Amerika qoşunlarının Vyetnamdan çıxarılmasından sonrakı vəziyyətlə müqayisə edib.


«Bizim geri çəkilməmiz üzündən milyonlarla günahsız insan həlak olub»,- deyə prezident Vyetnam müharibəsinin veteranları qarşısında çıxışı zamanı bildirib.


Senatdakı demokratların lideri Harri Rid isə deyib ki, İraqa müdaxilə Amerika tarixində ən kobud səhvlərdən biridir. Senator Con Kerri Buşun çıxışını məsuliyyətsiz adlandırıb.


XS
SM
MD
LG