Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:37

«Din» qasırğası tropik fırtınaya çevrilib


«Din» qasırğası gücünü itirib və tropik fırtınaya çevrilib. Bu haqda Mayamidəki (ABŞ) Qasırğaları Öyrənmə Mərkəzi məlumat verib.


Bir gün əvvəl qasırğa ən yüksək - beşinci kateqoriyaya aid edilirdi. O, Karib dənizinin sahili üzərindən keçərkən, 20 adam həlak olub.


ABŞ-ın mərkəzi ştatlarında isə daşqınlar başlayıb. Çaylar şiddətli leysanlardan sonra məcrasından çıxıb. Azı 22 adam həlak olub, yüzlərlə adam evakuasiya edilib.


Ən ağır vəziyyət Ohayo ştatındadır, bir çox yaşayış məntəqələri su altında qalıb, yollar dağılıb.


Viskonsin və Minnesota ştatları ciddi zərər çəkib. Qonşu ştatlarda fırtına barədə xəbərdarlıq elan olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG