Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:07

«Birimiz hamımız, hamımız gələcək üçün»


AIESEC-in Konqresində iştirak edən azərbaycanlı tələbələr
AIESEC-in Konqresində iştirak edən azərbaycanlı tələbələr

Belə bir şüar altında Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük tələbə təşkilatı olan AIESEC təşkilatının (Tələbələrin İqtisadiyyat və Kommersiya üzrə Beynəlxalq Birliyi) 59-cu Beynəlxalq Konqresi işə başlayıb. Tədbirdə 4 azərbaycanlı tələbə də iştirak edir. Onların verdikləri məlumata görə, Konqresin keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir yerə yığıb onları narahat edən qlobal problemləri müzakirə etmək, onlar arasında tanışlıq yaratmaq və gələcəyə birgə addımlamaqdır.


Beynəlxalq Konqresdə 100 ölkədən 700-dən çox gənc iştirak edir. Bundan başqa tədbirdə gənclərlə birgə işləmək istəyən dünyanın ən qabaqcıl şirkət və beynəlxalq təşkilatlarını təmsil edən 100 nəfərlik nümayəndə də var.


Azərbaycanlı tələbələr Konqres gedişdə baş tutan sərgidə Azərbaycan tarixi, mədəniyyəti və adət-ənənələri barədə geniş məlumat veriblər.


Tədbir avqustun 30-a qədər davam edəcək.


AIESEC 1949-cu ildən dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən ən böyük qeyri-siyasi tələbə təşkilatıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG