Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:10

«Azərbaycanda seçkini boykot etmək gücündə olan siyasi təşkilat yoxdur»


«Bizim üçün önəmli olanı vətəndaşların seçkini boykot etməməsidir»
«Bizim üçün önəmli olanı vətəndaşların seçkini boykot etməməsidir»

«Bizim üçün önəmli olanı vətəndaşların seçkini boykot etməməsidir. Hansısa siyasi partiya və ya təşkilatın seçkidə iştirak edib-etməməsi onun şəxsi hüququdur. Düşünürük ki, zamanı gələndə bütün maraqlı tərəflər seçkidə iştirak edəcək. Siyasətlə məşğul olduğunu iddia edən partiya və ya şəxs əgər seçkidə iştirak etmirsə, deməli, o, siyasətlə məşğul olmur».


APA xəbər verir ki, bu fikri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifət partiyalarının seçkini boykot etməsi ilə bağlı son vaxtlar səsləndirilən fikirlərinə münasibət bildirərkən deyib. Şöbə müdirinin sözlərinə görə, bu gün Azərbaycanda seçkini boykot etmək gücündə olan siyasi təşkilat yoxdur:


«Azərbaycanda əhalinin 10 faizdən artığının təmsil olunmadığı siyasi təşkilatlar seçkini boykot edə bilməzlər. Seçki o vaxt boykot olunur ki, əhalinin əksəriyyəti prosesdə iştirak etmir. Azərbaycanda seçkini boykot etmək gücündə olan siyasi təşkilat yoxdur».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG