Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:57

Xanlar rayonu ilə Almaniyanın Badenburq şəhərləri qardaşlaşacaq


Bunu avqustun 23-də Xanlar rayonunda olan Almaniyanın Azərbaycandakı səfiri Pyer Stankina bildirib. Onun sözlərinə görə, vaxtilə Xanlara köçmüş alman kaloniyaları məhz Badenburq şəhərinin sakinləri olub. Pyer Stankin deyib ki, gələn ay vətənində Badenburq şəhərinin rəhbərliyi ilə bu barədə danışıqlar aparacaq.


Səfir Xanlarda Lüteran alman kilsəsinə də baş çəkib. Kilsədə gedən təmir işləriylə tanış olan səfirin sözlərinə görə, rayonda turizmin inkişafı üçün yerli rəhbərliklə danışıqlar aparırlar və sentyabrda geniş tədbir həyata keçirəcəklər.


Lüteran kilsəsinin təmiri üçün Almaniya Texniki Əməkdaşlıq Bankı 250 min avro ayırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG