Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Şamaxıda zəlzələ baş verib


Yeraltı təkanlar nəticəsində köhnə evlərdə kiçik çatlar yaranıb, insan tələfatı yoxdur

Yeraltı təkanlar nəticəsində köhnə evlərdə kiçik çatlar yaranıb, insan tələfatı yoxdur

Avqustun 23-də səhər saatlarında Şamaxı rayonunda 4 bal gücündə zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Arif Həsənov məlumat verib.


O, bildirib ki, zəlzələnin episentri Şamaxının mərkəzindən 25 kilometr qərbdə olub. Onun sözlərinə görə, yeraltı təkanların dərinliyi az olduğundan, zəlzələ digər rayonlarda hiss olunmayıb.


«Trend»in bölgə müxbirinin məlumatında isə zəlzələnin İsmayıllı rayonunda da hiss olunduğu bildirilir.


ANS xəbər verir ki, yeraltı təkanlar nəticəsində köhnə evlərdə kiçik çatlar yaranıb, insan tələfatı yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG