Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:34

«İqtisadi gücümüz bizə imkan verir ki, istədiyimiz məsələni həll edək»


«İşsizliklə bağlı mübarizədə uğurlar olsa da, problem tam aradan qaldırılmayıb»

«İşsizliklə bağlı mübarizədə uğurlar olsa da, problem tam aradan qaldırılmayıb»

«Ötən dörd il ərzində Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bütün proqramlar öz həllini tapıb». Prezident İlham Əliyev avqustun 23-də Neftçala rayonunda Heydər Əliyev muzeyinin açılışı mərasimində çıxışında belə deyib. O, 2003-cü il seçkilərində verdiyi vədləri xatırladaraq deyib ki, hazırda ölkədə 570 mindən çox yeni iş yerləri açılıb.


Bununla yanaşı dövlət başçısı bildirib ki, işsizliklə bağlı mübarizədə uğurlar olsa da, problem tam aradan qaldırılmayıb. İlham Əliyev ölkədə yoxsulluğun səviyyəsinin 20 faiz həddində olduğunu deyib.


«Azərbaycanın iqtisadi gücü bizə imkan verir ki, istədiyimiz məsələni həll edək. Əsas məsələ problemləri düzgün təhlil etmək və yerli icra orqanlarının öz vəzifələrinin yerinə yetirməsidir». Prezident hazırda prioritet sahə kimi qeyri-neft sektorunun inkişaf etdirilməsini vurğulayıb. Bu məqsədlə hər il sahibkarlara dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrıldığını diqqətə çatdırıb.


Prezident daha sonra Hacıqabula gəlib. Rayon ictimaiyyəti qarşısında çıxış edən dövlət başçısı 2007-ci ildə Azərbaycanda artıq daxili investisiyaların xarici investisiyaları üstələdiyini bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG