Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25

Jurnalistlərin şikayətinə avqustun 30-da baxılacaq


Avqustun 22-də Bakı Şəhər Apellyasiya Məhkəməsində hakim Ələsgər Əliyevin sədrliyilə 15 jurnalistin Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsinin icraata qəbul edilməməsindən verdiyi şikayətə baxılıb. Media Hüquqları İnstitutunun məlumatına görə, jurnalistlər Səbail Rayon Məhkəməsinin çıxardığı qərardadın əsassız olduğunu bildirərək Apellyasiya Məhkəməsindən onun ləğvini istəyirlər. Məhkəmə avqustun 30-na təyin edilib.


Jurnalistlər bu ilin aprel və may aylarında keçirdikləri piketə polislərin qanunsuz müdaxilə etdiyini iddia edirlər. İddiaçılar cavabdehlərdən hüquqları pozulan jurnalistlərə 4 milyon 500 min yeni manat təzminat ödənilməsini istəyirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG