Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:48

Xəzərin Bilgəh-Zuğulba zolağında istirahət kompleksi tikilir


Kompleks Xəzər boyu 15 kilometr uzanaraq Zuğulba qəsəbəsini də əhatə edəcək

Kompleks Xəzər boyu 15 kilometr uzanaraq Zuğulba qəsəbəsini də əhatə edəcək

Xəzər dənizinin Bilgəh, Zuğulba zolağı boyu bir neçə iri obyektin sökülməsinə başlanıb. Bilgəh Kardioloji Sanatoriyasının bir neçə ildir istifadəsiz qalmış 9 mərtəbəli korpusu artıq sökülüb. Onun yerində Türkiyənin «Səma» tikinti şirkəti yeni tikinti işləri aparır. Yerli sakinlərin dediyinə görə, ərazidə iri istirahət kompleksi yaradılacaq. Milli Məclisin və Daxili İşlər Nazirliyinin ərazidə yerləşən istirahət evlərində dincələnlərə isə avqustun 31-nə qədər ərazini boşaltmaları haqda xəbərdarlıq edilib.


Sentyabrın 1-dən isə «Gənclik» Beynəlxalq Turizm Mərkəzinin də işini dayandıracağı bildirilir.


Ötən il Bilgəh qəsəbəsində dördulduzlu hotel kompleksinin tikintisinə başlanıb. Artıq obyektdə tamamlama işləri görülür. Bildirilir ki, kompleks Xəzər sahili boyu təxminən 15 kilometr uzanaraq Zuğulba qəsəbəsini də əhatə edəcək.


Ərazidə 1988-93-cü illərdə Ermənistandan və Qarabağdan məcburi köçkün düşmüş yüzlərlə ailə yaşayır. Onlar xəbəri təsdiqləsələr də, konkret hara köçürüləcəklərindən xəbərsizdirlər.


Keçmiş prezident Heydər Əliyevin 2002-ci ildə imzaladığı sərəncama əsasən, Xəzər dənizinin sahil zolağının 130 metrə qədər olan hissəsində tikinti işləri aparmaq qadağandır. Yeni obyektlər isə dənizin 50 metrliyindən başlayaraq inşa edilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG