Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:01

İran prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb


Avqustun 22-si Azərbaycana səfərinin sonuncu günü İran prezidenti Mahmud Əhmədinejad Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb. Görüşdə şeyx müsəlman ölkələrindəki münaqişələrin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib.


Daha sonra Əhmədinejad Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Bundan sonra İran prezidentinin Azərbaycana səfəri başa çatıb.


XS
SM
MD
LG