Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47

«Şalvar geyinmək olar, amma dar yox…»


«Məktəbli formasına keçməklə bağlı əmr var, amma, şalvarla bağlı əmr yoxdur»

«Məktəbli formasına keçməklə bağlı əmr var, amma, şalvarla bağlı əmr yoxdur»

«Biz xanım pedaqoqların şalvar geyinməsinin əleyhinə deyilik. Biz müəllimələrin dar şalvar, «topik» köynək geyinib 14-15 yaşlı oğlan uşaqlarının qarşısına çıxmasının, təlim ocağına bu cür geyimdə gəlməsinin əleyhinəyik». «Azadlıq» radiosunun «Can Bakı» verilişinə müsahibə verən Bakı Şəhər Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı belə deyib.


«Heç kim razı olmaz ki onun övladına dərs deyən müəllimin belə geyimi olsun»,-deyə şöbə müdiri bildirib.


Müəllimələrin şalvar geyinməsinin onların peşəkarlığına nə dərəcə də dəxli olması ilə bağlı sualı cavablandıran Zəminə Əliqızı belə deyib: «Bir müəlliməninki zövqü yoxdur, nə geyindiyini bilmir o, adamın peşəkarlığından danışmaq tamamilə yersizdir».


Bununla yanaşı Zəminə xanım müəllimələrin geyimi ilə bağlı hər hansı əmrin olmadığını və rəsmi göstərişin verilməyəcəyini deyir: «Məktəbli formasına keçməklə bağlı əmr var, amma, şalvarla bağlı əmr yoxdur. Bu barədə əmr və ya qərar olmayacaq, buna əmin ola bilərsiniz. Biz sadəcə müəllimələrə tövsiyə edirik ki, belə geyinməyin».


Bir sıra pedaqoji kadrlar və müəllimlərin hüquqlarını müdafiə edən təşkilatlar Bakı Təhsil İdarəsinin bu qərarını insan hüquqlarının pozulması kimi qiymətləndirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG