Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:52

ABŞ İran və MAQATE arasında razılaşmadan məmnun deyil


ABŞ İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında razılaşmadan məmnun deyil.


İran və MAQATE nümayəndələri razılaşıblar ki, iki həftə ərzində Tehranın nüvə proqramına aid bütün həll olunmamış məsələləri aydınlaşdırsınlar. Razılaşmanın təfsilatları sonradan açıqlanacaq.


ABŞ-ın MAQATE-dəki nümayəndəsi Qriqori Şulte deyir ki, razılaşma «dar çərçivələrə salınıb» və İranda nüvə obyektlərinin təftişini genişləndirməyə imkan vermir.


Şultenin fikrincə, İran vaxtı uzadır və özünün nüvə proqramının həqiqi-hərbi məqsədlərindən diqqəti yayındırmağa çalışır.


Günün bütün mövzuları

XS
SM
MD
LG